• şənbə, 27 Aprel, 01:24
  • Baku Bakı 14°C

İki gün ərzində yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb

21.01.19 11:45 551
İki gün ərzində yol qəzalarında 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb
Yanvarın 19-dan 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 208 cinayət faktı qeydə alınıb, onların da 51-i "isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər