• cümə, 29 Mart, 15:24
  • Baku Bakı 14°C

İki gün ərzində respublika ərazisində 198 cinayət faktı qeydə alınıb

29.10.18 11:52 524
İki gün ərzində respublika ərazisində 198 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 198 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər