İki güləşçimiz EYOF-un yarımfinalında

İki güləşçimiz EYOF-un yarımfinalında

İdman
23 İyul 2019, 13:39 15962
Kənan Heybətov və Cəbrayıl Hacıyev inamlı qələbə ilə EYOF-un yarımfinalına yüksəliblər.
Trend-in məlumatına görə, Kənan Heybətov debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib, Cəbrayıl Hacıyev də ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb.
Türkiyə pəhləvanını 1 dəqiqə ərzində diz çökdürən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb.

Qeyd edək ki, Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları bu gün başa çatır. Yarışın üçüncü günündə son 7 çəki üzrə mübarizə baş tutur.