• cümə axşamı, 25 aprel, 07:47
  • Baku Bakı 14°C

İki güləşçimiz dünya çempionatının 1/4 finalında

03.08.19 14:15 9350
İki güləşçimiz dünya çempionatının 1/4 finalında
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib.
Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib.
Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib.
Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib.
banner

Oxşar Xəbərlər