• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

İki deputat şöbə müdiri oldu -YAP-da

29.01.15 11:08 1073
İki deputat şöbə müdiri oldu -YAP-da
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.
Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək bildirib ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib.
Qeyd olunub ki, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 433 486.37 manat olub. Bunun 6 180 077.29 manatını üzvlük haqlarından, 100 000 manatını depozitdən əldə olunan daxilolmalar, 1 153 409.08 manatını büdcədən ayrılan vəsait təşkil edib.
Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 5 478 768.58 manat olub. YAP İdarə Heyətinin 2014-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olub. YAP İdarə Heyətinin qərarı ilə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Aydın Mirzəzadə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin, MM-in deputatı Sevinc Fətəliyeva isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təsdiq edilib.
banner

Oxşar Xəbərlər