• cümə axşamı, 28 mart, 12:53
  • Baku Bakı 16°C

İki azərbaycanlını Rusiyadan deportasiya etdilər

26.07.13 15:35 1549
İki azərbaycanlını Rusiyadan deportasiya etdilər
Rusiyanın Saratov vilayətində qeyri-qanuni yaşayan iki Azərbaycan vətəndaşı ölkədən deportasiya olunub. APA-nın məlumatına görə, Saratov vilayətinin Engels şəhərində polis tərəfindən yaşayış müddəti qaydalarını pozan iki Azərbaycan vətəndaşı saxlanılıb. Onlar xarici vətəndaşların saxlanması mərkəzinə aparılıb. Azərbaycan vətəndaşları barəsində inzibati cəza seçilib və onların Rusiya ərazisindən çıxarılmaları haqqında qərar qəbul olunub.
Hər iki şəxs Saratov-Bakı təyyarəsinə mindirilərək Azərbaycana deportasiya olunublar.
Azərbaycan vətəndaşlarının 5 il ərzində Rusiyaya gəlməsinə qadağa qoyulub.
banner

Oxşar Xəbərlər