İki ayda əsas kapitala yönəldilmiş vəsaitin 1,5 faizi informasiya və rabitə sahəsinə sərf olunub
Cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,5 faizi informasiya və rabitə sahəsinə sərf olunub.
Bu barədəAZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu müddətdə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə sərf edilib.