• çərşənbə, 24 Aprel, 08:34
  • Baku Bakı 13°C

İki ayda əsas kapitala 2 milyard 93,7 milyon manat vəsait yönəldilib

16.04.17 10:30 813
İki ayda əsas kapitala 2 milyard 93,7 milyon manat vəsait yönəldilib
2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2 milyard 93,7 milyon manat vəsaitin 1 milyard 503,3 milyon manatı neft sektoruna, 590,4 milyon manatı isə qeyri-neft sektoruna qoyulub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, ümumi sərmayənin 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi isə ümumi sahəsi 209,1 min kvadratmetr olan yaşayış evlərinin payına düşür.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9 faizini təşkil edib. Bu sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8,0 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz təşkil edib.
banner

Oxşar Xəbərlər