• cümə axşamı, 25 aprel, 02:30
  • Baku Bakı 19°C

İki aktrisa baş-başa verib 60-cı illərə qayıtdı - Fotolar

14.09.18 17:44 1341
İki aktrisa baş-başa verib 60-cı illərə qayıtdı - Fotolar
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə yeni fotosessiyasını "Kaspi”yə təqdim etdi.
Tanınmış aktrisa Zarina Qurbanova ilə birlikdə 50-60-cı illəri xatırladan libaslarla kamera qarşına keçən Cəmilə deyir ki, belə bir fotosessiya etdirməyi çoxdan planlaşdırırdı: "Düşünürdüm ki, bir neçə aktrisa ilə birlikdə "Bakı qızları” adı altında retro stilində fotosessiya etdirək. Ancaq vaxt azlığından bu layihə alınmadı. Belə ki, geyimlərin tikilməsi, məkanların seçilməsi üçün zamana ehtiyac var idi. Hətta bu layihəyə görə məndən inciyən aktrisalarımız oldu. Onlar məndən çox incidilər, onlardan biri çox yaxınımdır. Burdan ona üzmü tutub demək istəyirəm ki, inciməsin, növbəti gəlişimdə onunla möhtəşəm bir fotosessiya edib, o layihəni reallaşdıracağıq. Zarina ilə bu fotosessiyanı cəmi 1 günə qərarlaşdırdıq. Belə ki, saç, makiyaj olunacaq məkanı danışdıq, səhəri isə həyata keçirdik”.








banner

Oxşar Xəbərlər