• cümə, 29 Mart, 00:32
  • Baku Bakı 7°C

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək

01.03.21 12:15 485
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
5-12 mart tarixlərində III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.
Təhsil NazirliyindənAPA-ya verilən məlumata görə, 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.
Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

banner

Oxşar Xəbərlər