• cümə axşamı, 18 aprel, 08:19
  • Baku Bakı 12°C

III təsnifat mərhələsi başa çatdı - Çempionlar Liqasında

07.08.14 08:58 1065
III təsnifat mərhələsi başa çatdı - Çempionlar Liqasında
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində daha 11 matç keçirilib.
4 qarşılaşması 1 gün əvvəl baş tutan mərhələnin son 11 matçı Rusiyadakı oyunla start götürüb. “Zenit” Kiprdə uduzduğu AEL-i 3:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Postsovet məkanı təmsilçilərindən “Şerif” Slovakiyadakı yenilginin əvəzini “Slovan”dan çıxa bilməyib. “Dnepr” isə Danimarkada “Kopenhagenə uduzub.
Qonşu Türkiyəni təmsil edən “Beşiktaş” isə səfərdə məğlub etdiyi Hollandiya “Feyenoord”unu sınağa çəkib və yenə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” da Avstriyada yerli “Zalsburq”un qonağı olub. Lakin onlar 0:2 hesabı ilə uduzaraq, Çempionlar Liqasına vida ediblər. Ağdam təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunları
6 iyul
“Zenit” (Rusiya) - AEL (Kipr) - 3:0
İlk oyun - 0:1
APOEL (Kipr) - HİK (Finlandiya) - 2:0
İlk oyun - 2:2
“Malmö” (İsveç) - “Sparta” (Çexiya) - 2:0
İlk oyun - 2:4
“Şerif” (Moldova) - “Slovan” (Slovakiya) - 0:0
İlk oyun - 1:2
“Styaua” (Rumıniya) - “Aktobe” (Qazaxıstan) - 2:1
İlk oyun - 2:2
“Beşiktaş” (Türkiyə) - “Feyenoord” (Hollandiya) - 3:1
İlk oyun - 2:1
“Kopenhagen” (Danimarka) - “Dnepr” (Ukrayna) - 2:0
İlk oyun - 0:0
“Zalsburq” (Avstriya) - “QARABAĞ” (AZƏRBAYCAN) - 2:0
İlk oyun - 1:2
“Partizan” (Serbiya) - “Ludoqorets” (Bolqarıstan) - 2:2
İlk oyun - 0:0
“Dinamo” (Xorvatiya) - “Olborq” (Danimarka) - 0:2
İlk oyun - 1:0
“Seltik” (Şotlandiya) - “Legiya” (Polşa) - 0:2
İlk oyun - 1:4
banner

Oxşar Xəbərlər