• cümə, 19 Aprel, 20:21
  • Baku Bakı 24°C

II Yelizavetanın həyat yoldaşı sürücülük vəsiqəsini könüllü təhvil verib

10.02.19 11:05 454
II Yelizavetanın həyat yoldaşı sürücülük vəsiqəsini könüllü təhvil verib
Böyük Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı Edinburq hersoqu II şahzadə Filip, özünün sürücülük vəsiqəsini təhvil verib.
Trend-in məlumatına görə, 97 yaşlı şahzadə vəsiqəsini yanvar ayında onun iştirakı ilə baş verən yol qəzasından sonra verib.

Yanvarın 17-də şahzadə Filipin idarə etdiyi "Land Rover Freelander" avtomobili yol ayrıcında "KIA" markalı avtomobillə toqquşub. Edinburq hersoqunun avtomobili aşmışdı və piyadalar hersoqa maşını tərk etməyə kömək etmişdi. Xoşbəxtlikdən, II Filip qəza nəticəsində xəsarət almamışdı.
Daha sonra şahzadə ikinci dərəcəli yoldan çıxarkən "KIA"nı görmədiyinə görə üzr istəyib.
banner

Oxşar Xəbərlər