• cümə, 26 Aprel, 00:54
  • Baku Bakı 16°C

II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb

15.05.17 13:00 1492
II Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb
II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, xalq teatrlarının dəstəklənməsi, onların mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması festivalın əsas məqsədləridir.
Seçim mərhələsində iştirak edən xalq teatrlarının tamaşalarının nümayişindəiştirak etmək, onların qiymətləndirilib Bakıya dəvət edilməsi məqsədilə münsiflər heyəti regionlara ezam edilib.
Münsiflər heyətinə Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev,ŞuşaDövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artisti Loğman Kərimov, xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva daxildir.
Seçim mərhələsi ilk olaraq Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib. Tədbirdə Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib.
Festivalın növbəti seçim mərhələsi Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib.
Qeyd edək ki, paytaxt və bölgələrdə 37 xalq teatrı fəaliyyət göstərir. II Respublika Xalq Teatrları Festivalının final mərhələsi iyun ayında keçiriləcək.
banner

Oxşar Xəbərlər