• cümə axşamı, 18 aprel, 22:39
  • Baku Bakı 21°C

II və III qrup abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi” verilir

14.07.15 12:47 4416
II və III qrup abituriyentlərinə “İmtahana buraxılış vərəqəsi” verilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün II və III qruplar üzrə keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlayıb.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər TQDK-nın saytında müvafiq sistemə daxil olaraq “İmtahana buraxılış vərəqəsi” çap edib götürməlidirlər.
“İmtahana buraxılış vərəqəsi” olmadıqda abituriyentlər imtahana buraxılmır.
Qeyd edək ki, II və III qruplar üzrə qəbul imtahanı iyulun 25-də keçiriləcək.
banner

Oxşar Xəbərlər