AZE | RUS | ENG |


II və III ixtisas qrupları üzrə iyulun 14-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

II və III ixtisas qrupları üzrə iyulun 14-də keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
 
DİM-dən APA-ya verilən məlumata görə, nəticələr iyulun 16-da saat 17:55-dən etibarən elan olunub.
 
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.
 
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
 
İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən  abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
 
İmtahanda yalnız  III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı  orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002