• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

II Avropa Oyunları Türkiyədə keçirilə bilər - Rəsmi

16.06.15 10:27 729
II Avropa Oyunları Türkiyədə keçirilə bilər - Rəsmi
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.
O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümidvar olduğunu bildirib: “Tək İstanbul deyil, Mərsin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə istəsə, Avropa oyunlarını ən aşağı maliyyə ilə həyata keçirə bilər. Lakin son qərar siyasətçilərindir”.
Bakıda Avropa oyunlarının ən mükəmməl şəkildə təşkil olunduğunu deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük önəm kəsb edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının Hollandiyada keçirilməsi nəzərdə tutulsa da, "Zanbaqlar ölkəsi" bir müddət əvvəl bundan imtina edib.
banner

Oxşar Xəbərlər