• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

İƏTPİ Konfransının sessiyasında Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılacaq

22.01.17 11:15 846
İƏTPİ Konfransının sessiyasında Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılacaq
Yanvarın 27-28-də Mali Respublikasının paytaxtı Bamako şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 12-ci sessiyası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva və deputat Mirkazım Kazımov iştirak edəcəklər.
Toplantıda AzərbaycanınDağlıq Qarabağərazisinin Ermənistan tərəfindən işğalı,Xocalıfaciəsi qurbanlarının anılması və soyqırımın tanınması, Fələstin problemi, Suriyada humanitar vəziyyət, terrorizmin bütün formalarına qarşı mübarizə, müasir texnologiyaların sülhməramlı məqsədlərlə istifadəsi, müsəlman ölkələri arasında viza prosedurunun sadələşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Yığıncaqda İƏTPİ-nin baş katibinin məruzəsi dinləniləcək, qurumun Ümumi Komitəsinin 19-cu sessiyasının hesabatı, daimi ixtisaslaşmış komitələrin qətnamə layihələri təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya çərçivəsində Müsəlman Qadın Parlamentarların Beşinci Konfransı və digər tədbirlər də keçiriləcək. Toplantının sonunda Bağdad Bəyannaməsi və İƏTPİ Konfransının 12-ci sessiyasının Yekun Kommunikesi qəbul ediləcək.
Səfər yanvarın 29-da başa çatacaq.
banner

Oxşar Xəbərlər