• cümə axşamı, 18 aprel, 07:23
  • Baku Bakı 12°C

İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"

24.04.17 20:35 1259
İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"
"Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır".
BunuTrend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.
Onun sözlərinə görə, qadınların imkanlarının artırılması İƏT-in əsas hədəflərindəndir və bu, təşkilatın onillik fəaliyyət proqramında öz əksini tapıb.
Baş katib qeyd edib ki, İƏT-in onillik fəaliyyət proqramı təşkilatın üzv dövlətlərində qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin modelidir.
Yusif bin Əhməd əl-Usaymin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra ona təbrik məktubu ünvanladığını bildirib.
banner

Oxşar Xəbərlər