• cümə, 19 Aprel, 09:45
  • Baku Bakı 13°C

İƏT dövlətlərinin Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib

07.06.17 13:35 1258
İƏT dövlətlərinin Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair iclas keçirilib.
APA-nın məlumatına görə, iclasa baş prokurorZakir Qaralovsədrlik edib.
Z. Qaralov bildirib ki, bu gün Pakistan İƏT-in Antikorrupsiya Mərkəzinə qoşulur. İclasda bununla bağlı müvafiq sənəd imzalanıb.
Baş prokuror bildirib ki, üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşü faydalı olub: "Regionda və dünyada nüfuz qazanmış İƏT çərçivəsində səylərimizin birləşdirilməsi ölkələrimizin davamlı inkişafı naminə labüd tələblərdən birinə çevrilib. İƏT çərçivəsində iqtisadi əlaqələrlə bərabər korrupsiyaya qarşı birgə mübarizə də önəmlidir. Əminəm ki, bu tədbir korrupsiya ilə mübarizəni yeni mərhələyə qaldıracaq".
İƏT baş katibinin müavini Alavi Sabzevari isə görüşün yekunları ilə əlaqədar Bakı Bəyannaməsi və görüşün protokolunun qəbul olunacağını nəzərə çatdırıb. İƏT üzv dövlətlər arasında Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilib.
Bununla da iclas başa çatıb.
banner

Oxşar Xəbərlər