• cümə, 19 Aprel, 19:59
  • Baku Bakı 24°C

İƏT dövlətlərində korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək

07.06.17 13:40 909
İƏT dövlətlərində korrupsiya cinayəti törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək
İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə korrupsiya ilə əlaqədar cinayətlər törətmiş şəxslərlə bağlı üzv ölkələrə "Qırmızı bildiriş" göndəriləcək.
APA-nın məlumatına görə, baş prokurorZakir Qaralovbildirib ki, bu, bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərliyi və ombudsmanların III görüşünün yekunlarına dair iclasda qəbul edilən İƏT üzv dövlətlər arasında Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsində əksini tapıb.
Z. Qaralov deyib ki, "Qırmızı bildiriş" beynəlxalq qaydalara əsasən hazırlanacaq: "Hər hansı dövlət kimisə beynəlxalq axtarışa verirsə, bunun üçün müvafiq sənəd lazımdır".
banner

Oxşar Xəbərlər