AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İƏT Baş katibi bu gün Azərbaycana gələcək

İƏT Baş katibi bu gün Azərbaycana gələcək

Cəmiyyət
08 Aprel 2021, 14:00 521

"Bu səfər həm də Azərbaycanla həmrəyliyin nümunəsidir, Prezident  İlham Əliyevin dəvətini məmnuniyyətlə qəbul etmişik”.
APA-nın məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib.
Pakistanın İƏT-dəki daimi nümayəndəliyinin rəhbəri deyib ki, bu gün İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminin də Azərbaycana gələcək.