AZE | RUS | ENG |

İdmançımız ermənini tarixin arxivinə göndərdi

İdmançımız ermənini tarixin arxivinə göndərdi
Albaniyada keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan millisinin üzvü Valentin Xristov çempionluğu qazanmaqla yanaşı, 8 qitə rekordunu da yeniləyib. Ağırlıqqaldırma Federasiyasından apasport.az saytına verilən məlumata görə, 62 kq çəki dərəcəsində çıxış edən London-2012-nin bürünc mükafatçısı bütün rekordları təkanla qaldırma hərəkətində yerinə yetirdiyi 2 uğurlu yanaşma ilə alt-üst edib. Təmsilçimiz ilk yanaşmasında 170 kq-ı ram etməklə, 2 hərəkətin cəmində 307 kq-lıq nəticəyə malik olub. Bununla da Xristov Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordunu öz adına keçirib. Bunadək gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyana məxsus idi. O, 5 il öncə İtaliyada keçirilən çempionatda 302 kq nəticə göstərmişdi. Yaşı 23-ə qədər olan idmançıların təkanla qaldırma rekordu da rusiyalı Pavel Suxanova məxsus idi. O, 2 il əvvəl Rumıniyanın paytaxtı Buxarestdə 163 kq-ın öhdəsindən gəlmişdi. Bu yaş qrupunda toplamdakı rekord isə türkiyəli Bünyamin Sezərə məxsus idi. O, 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kq nəticə göstərmişdi. Xristovun birinci yanaşmasında ram etdiyi 170 kq, həm də toplamda 307 kq demək idi. Göründüyü kimi, bir cəhdlə bu rekordların 4-ünü də yeniləyən atletimiz, 175 kq çəkini də rahatlıqla başı üzərinə qaldırdı. Bu isə artıq öz rekordlarının bir daha yenilənməsi demək idi.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311