• cümə axşamı, 28 mart, 12:27
  • Baku Bakı 16°C

İdmançımız Avropa çempionatının qalibi oldu

30.08.13 13:34 1518
İdmançımız Avropa çempionatının qalibi oldu
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, birincilikdə 30-a yaxın ölkənin idmançısı medallar uğrunda mübarizə aparıb. Avqustun 12-dən 14-ə qədər davam edən turnirdə Azərbaycan 5 çəkidə təmsil olunub. 90 kiloqram çəki dərəcəsində çıxış edən Qəzənfər Namazov da medallar uğrunda qüvvəsini sınayıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan xaçmazlı idmançı Moldova, Rumıniya, Ukrayna təmsilçilərindən üstün olaraq finala vəsiqə qazanıb. Həlledici görüşdə isə Namazov rusiyalı rəqibini məğlub edərək mundialın qızıl medalına layiq görülüb.
Turnirdə Azərbaycan yığması ümumilikdə 3 medal qazanıb. 1 qızıl, 1 gümüş və 1 bürünc. Avropa çempionu adını qazanan Qəzənfər Namazov daha əvvəl də beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. 2011-ci ildə Moskvada Dünya çempionatının bürünc medalını qazanan idmançı 1 il sonra ənənəvi turnirin bürünc medalı ilə kifayətlənib. Xaçmazlı idmançı Avropa birinciliyində ona verilən dəstəyə görə yerli icra orqanlarına və məşqçi heyətinə minnətdarlığını bildirib.
Hazırda Namazov daha iki çətin sınağa hazırlaşır. Sentyabrın sonlarında Bakıda universal döyüş üzrə açıq Respublika birinciliyi keçiriləcək. Noyabrda isə Portuqaliyada Dünya çempionatına start veriləcək ki, mundiala yollanacaq heyət orada məlum olacaq.
banner

Oxşar Xəbərlər