• çərşənbə, 24 Aprel, 09:35
  • Baku Bakı 13°C

“İdmançılarımızın mütləq əksəriyyəti ləyaqət nümunəsi göstərir”

13.12.18 17:15 1075
“İdmançılarımızın mütləq əksəriyyəti ləyaqət nümunəsi göstərir”
"Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir. İqtisadiyyatımız artır, sosial məsələlər öz həllini tapır. 2018-ci ildə bir çox önəmli infrastruktur layihəsi uğurla icra olunmuşdur, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edilmişdir. Bütün bunları biz etmişik, Azərbaycan xalqının böyük dəstəyi ilə buna nail olmuşuq”.
Bu barədə Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib. Dövlət başçısı ilə yekun vuraraq qeyd edib ki, bu il də çox uğurlu olub, o cümlədən idman sahəsində. O, idmançılarımızın bizi hər il sevindirdiyini diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycan cəmiyyəti artıq buna öyrəşib: "Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq. Eyni zamanda, onu da böyük məmnunluq hissi ilə elə qeyd etməliyəm ki, bizim idmançılarımızın mütləq əksəriyyəti həyatda da, məişətdə də gözəl nümunə göstərir, vətənpərvərlik, ləyaqət nümunəsi göstərir. Əlbəttə ki, idmançılara cəmiyyətdə olan hörmət çox yüksək səviyyədədir. Uşaqlar, yeniyetmələr bizim çempionlarımıza oxşamaq istəyirlər. Bu da təbiidir. Mən əminəm ki, bundan sonra da idmançılarımız bizi, xalqımızı sevindirəcəklər”.
banner

Oxşar Xəbərlər