• cümə, 19 Aprel, 17:14
  • Baku Bakı 25°C

İdmançılarımız İrandan 9 medal gətirir

02.02.15 06:47 863
İdmançılarımız İrandan 9 medal gətirir
İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.
Qazanılan medallardan 1 qızıl və 1 bürünc yunan-Roma güləşçilərimizin hesabındadır. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. Ceyhun Nəsirov (63 kq) isə bürünc medal qazanıb.
Sərbəst güləş yığmamızın üzvləri isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalları yığmamıza Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə turnirin bürünc mükafatına sahib olub.
banner

Oxşar Xəbərlər