• cümə, 26 Aprel, 04:58
  • Baku Bakı 16°C

“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!

08.02.18 17:09 867
“İdman jurnalistikası” üzrə magistr ixtisasına  qəbul olmaq istəyənlərin nəzərinə!
Məlum olduğu kimi cari ilin sentyabr ayından başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeni ixtisasların, o cümlədən, "İdman jurnalistikası” magistr ixtisasının tədrisinə start verilib.
Hazırda isə Akademiya bu ixtisas üzrə 2018-2019-cu akademik dərs ili üçün növbəti qəbulu elan edir. Belə ki, "İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlər I imtahan mərhələsində iştirak etmək üçün 12 Fevral tarixinədək Dövlət İmtahan Mərkəzinin saytından qeydiyyatdan keçməlidirlər: http://eservices.dim.gov.az/erizemag/erize
Qəbul imtahanın I mərhələsindən yetərli balı toplayan namizədlər II mərhələyə müraciət edə biləcəklər. İmtahanın II mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, "İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.
Təhsil proqramı Böyük Britaniyanın Şeffild Hallam universiteti ilə əməkdaşlıq çərçivəsində birgə hazırlanıb. "İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert Den Meyson rəhbərlik edir. Tədris prosesi ingilis dilində, beynəlxalq təcrübəyə malik yerli və ya xarici mütəxəssislər tərəfindən həyata keçirilir. Bu da namizədlərə ingilis dili biliklərini daha da inkişaf etdirmək imkanı verir.
Bu magistr proqramında təhsil alacaq magistrantlar onlar üçün xüsusi yaradılmış Multimedia Mərkəzində PR, audio və video jurnalistika, online media, idman jurnalistikasının özəllikləri və s. ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Bununla yanaşı, "İdman jurnalistikası” ixtisasına qəbul olunan magistrantlar proqram çərçivəsində Böyük Britaniyaya səfər edəcək, əsas təlim modullardan birini Şeffild Hallam universitetində keçəcəklər.

banner

Oxşar Xəbərlər