• cümə axşamı, 28 mart, 18:44
  • Baku Bakı 13°C

İdman gimnastikası üzrə yarışların ikinci günü başa çatıb

08.05.16 20:48 1137
İdman gimnastikası üzrə yarışların ikinci günü başa çatıb
Mayın 8-də Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında keçirilən idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatının ikinci günü başa çatıb.Trend-in məlumatına görə, bu gün çoxnövçülükdə başlayanlar (2008-2009) və kiçiklər (2006-2007) qruplarında oğlanlar arasında yarışlar keçirilib.
Həmçinin medallar uğrunda mübarizəyə kiçiklər (2008- 2009), uşaqlar (2005-2006), balacalar (2003-2004) və böyüklər (2002-ci il təvəllüdlülüər və daha böyüklər) kateqoriyalarında yarışan qızlar da qatılıb.
Oğlanların yarışında başlayanlar (2008-2009) kateqoriyasında birinci yeri Əli Xəlilov tutub (57,600 bal), ikinci yerin sahibi Çingiz Vəliyev olub (56,634 bal), üçüncü yer - Nihad Muradlı (56,633 bal).
Kiçiklər (2005-2006) arasında qızıl medala Kənan Əsgərov layiq görülüb (55,200 bal), ikinci yer - Şamxal Əhmədov (54,500 bal), üçüncü yer - Fərhad Şepelev (54,266 bal).
Qızlar arasında kiçiklər kateqoriyasında birinci yerə Kristina Osekina çıxıb (39,800 bal). İkinci və üçüncü yerləri Nəzrin Hümbətova (38,134 bal) və Dəniz Əliyeva (34,033) bölüşüblər.
Uşaqlar arasında qalıb Milana Minakovskaya olub (37,267 bal), ikinci yerdə Nuray Nurməmmədli (35,267 bal), üçüncü yerdə isə Ülkə Tahirova (34,033 bal) qərarlaşıblar.
Balacalar kateqoriyasında qələbəyə 40,500 balla Samirə Qəhramanova sevinib. Gümüş medalı Valeriya Şulyaevaya qazanıb (39,850). Bürünc medal uğrunda bu kateqoriyada mübarizə aparılmayıb.
Böyüklər arasında qızıl medalı Yuliya İnşına (54,800 bal), gümüş medalı Marina Nekrasova (54,450), bürünc medalı isə Mariya Smirnova (51,800) qazanıblar.
İki günlük turnirdə tamaşaçılar Rio 2016 Olimpiya Oyunlarının iştirakçıları Oleq Stepko və Petro Paxnyuk, həmçinin bu ilin fevral ayında Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun bürünc medalçısı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnovanın peşəkar çıxışlarını izləyəcəklər.

banner

Oxşar Xəbərlər