• çərşənbə, 24 Aprel, 10:38
  • Baku Bakı 13°C

İdman Dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb

05.05.14 16:54 1242
İdman Dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb
Bakıda, Dövlət Bayrağı Meydanında keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku yarışı sona çatıb. Yarış 03 may 2014-сü il tarixində kişi və qadın atletlərin sürət və boulderinq üzrə təsnifat yarışları, 04 may 2014-сü il tarixində isə yarımfinal və final mərhələləri ilə davam edib.
Dünyanın 22 ölkəsindən 150 idmançının iştirak etdiyi Dünya Kubokunun final mərhələsində idmançılar qarşılarına qoyduğu məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıb. Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblər müəyyən olunub. I, II və III yerləri tutan qaliblərə Beynəlxalq İdman Dırmanması Federasiyası (IFSC) tərəfindən medallar, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən isə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) rəsmisi Qremi Alderson yarış iştirakçılarını təbrik edib və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) I Vitse-Prezidenti Firdovsi Əliyev isə Azərbaycan dövlətinin, o cümlədən dövlət başçısınin idmana göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində ölkəmizin idman şöhrətinin dünyada daim yüksəldiyini bildirib, idmançılara uğurlar diləyib. Dünya kuboku yarışlarının bağlanış mərasimi sonra bədii hissə ilə davam edib.
İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarının nəticələri
Kişi atletlərin sürət üzrə final mərhələsinin nəticələri:

1. Danylo Boldyrev (Ukrayna)
2. Yevgeniy Vaitcekhovsk (Rusiya)
3. Qixn Zhong (Çin)
Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticələri:
1. Mariya Krasavina (Rusiya)
2. Yuliya Kaplina (Rusiya)
3. Anouck Jaubert (Fransa)
Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1. Dmitriy Sharafutdinov (Rusiya)
2. Jan Hojer (Almaniya)
3. Rüstəm Gelmanov (Rusiya)
Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticələri:
1. Anna Stöhr (Avstriya)
2. Akiyo Noguchi (Yaponiya)
3. Shauna Coxsey (İngiltərə)
Xatırladaq ki, Bakıda ikinci dəfə keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku yarışı Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı ilə baş tutub.
banner

Oxşar Xəbərlər