• çərşənbə axşamı, 23 aprel, 10:21
  • Baku Bakı 20°C

İdarə rəisi: “12 ildə Azərbaycanda 486 insan alverçisi məsuliyyətə cəlb olunub”

12.06.17 11:30 981
İdarə rəisi: “12 ildə Azərbaycanda 486 insan alverçisi məsuliyyətə cəlb olunub”
"Azərbaycanda insan alverinə qarşı mübarizə daim həssas məsələ olub”.
APA-nın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov deyib.
O bildirib ki, 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanun qəbul edilib: "Azərbaycanda il ərzində törədilən cinayətlərin bir faizdən azı insan alveri cinayətinin payına düşür. Məsələn 2015-ci ildə 26916 cinayət işindən yalnız 128-i insan alveri cinayətidir. 12 ildən artıq vaxtda 1078 cinayət işi araşdırılıb. Bu müddətdə 486 insan alverçisi məsuliyyətə cəlb olunub. 761 insan alveri qurbanı müəyyənləşdirilərək, edilərək cəmiyyətə inteqrasiya edilib”.
banner

Oxşar Xəbərlər