• cümə, 26 Aprel, 21:04
  • Baku Bakı 22°C

İctimai Şura “Binəqədi məktəblərində “Bakı-2015” dərsləri”nə başlayıb

21.05.15 12:45 2132
İctimai Şura “Binəqədi məktəblərində “Bakı-2015” dərsləri”nə başlayıb
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura “Binəqədi məktəblərində "Bakı-2015" dərsləri”nə başlayıb. İlk olaraq bu adda tədbir Binəqədi rayon 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, İŞ-in sədr müavini Həmid Mehdiyev, İŞ-in katibi Fuad Hüseynzadə, Mərkəzin, eləcə də Laçın rayon 13 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
İlk olaraq qonaqları salamlayan Mərkəzin direktoru Ziyad Nəbiyev bildirib ki, I Avropa Oyunları ərəfəsində İctimai Şuranın bu kimi təşəbbüsləri təqdirəlayiqdir.
Daha sonra tədbiri açan İctimai Şuranın sədri Aslan Mehdiyev deyib ki, tədbirin keçirilməsində əsas məqsəd, I Avropa Oyunları ərəfəsində məktəbliləri məlumatlandırmaq, onlara bu tədbirin əhəmiyyətini bir daha çatdırmaqdır. A.Mehdiyev qeyd edib ki, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının Azərbaycanın bəxtinə düşməsi böyük nailiyyətdir: “Ölkəmizin beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, Azərbaycanın dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynayıb. Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə Oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artıb. İstər Prezident İlham Əliyevin, birinci Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz qabağındadır".
Şura sədri vurğulayıb ki, belə beynəlxalq tədbirlərin təbliği zamanı ermənilərin torpaqlarımıza təcavüzü haqda da məlumat vermək lazımdır: “Əlbəttə ki, ilk Avropa Oyunları ölkəmizi daha da məşhur edəcək. Əcnəbilər ölkəmizi tanıdıqca, düşmənlərimizin də kim olduğunu öyrənəcəklər. Fikrimcə, hal-hazırda Azərbaycanı və dünyada yaşayan bütün azərbaycanlıları maraqlandıran ən yaralı yerimiz Qarabağ məsələsinin tez bir zamanda həllini tapması və işğal altında olan torpaqlarımızın geri qaytarılmasıdır".
Sonra geniş məruzə ilə çıxış edən Şuranın katibi Fuad Hüseynzadə bildirib ki, Azərbaycan I Avropa Oyunlarını qəbul etməklə şərəfli və məsuliyyətli bir işi öhdəsinə götürüb: "Heç şübhəsiz ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Bu beynəlxalq idman tədbiri Azərbaycanın dünyada növbəti siması olacaq. Bu Oyunların ilk olaraq Azərbaycan üçün siyasi əhəmiyyəti var. Belə ki, Azərbaycan beynəlxalq ictmaiyyətə özünün gücünü sübut edəcək. Bu gün Azərbaycanı sevməyən bədnam xarici qüvvələrin qara PR apardığının şahidi oluruq. Azərbaycan bu qərzli müansibət və haqsız ittihamlara qarşı maksumum gücü ilə çalışaraq I Avropa Oyunlarını yüksəsk səviyyədə keçirəcək. Dünya dövlətləri Azərbaycanın potensialının bir daha şahidı olacaq. Digər bir tərəfdən ilk Avropa Oyunlarının ən böyük əhəmiyyəti Qarabağ probleminin həllinə bir vasitə olmasıdır. Bu Oyunlardan sonra beynəlxalq birlik Azərbaycanın gücünü, mədəniyyətini, bacarığını görəcək. Belə olduqda Azərbaycana qarşı münasibət dəyişəcək. Bu, dunya güclərinin Qarbağ probleminin də həllinə münsabəti dəyişə bilər. Eyni zamanda bu Oyunlar zamanı ölkəmizə milyonlara əcnəbinin gəlməsindən istifadə edib, erməniləri ifşa etmək üçün bir fürsət yaranıb. Ümid edirik ki, ilk Avropa Oyunlarının könüllüləri, ümumiyyətlə, hər bir vətəndaş əcnəbiləri ermənilərin torpaqlarımıza təcavüz etməsi haqda məlumatlar verəcək"
F. Hüseynzadə qeyd edib ki, “Bakı-2015” bir ümumxalq işdir: “Hər kəs bu baxımdan vətəndaş məsuliyyəti hiss etməli, 17 gün ərzində ölkəmizə gələn əcnəbilərə öz qonaqpərvərliyimizi göstərməlidir. Belə olduqda bütün dünyanın Azərbaycan haqqında fikri dəyişəcək”.
İctimai Şuranın sədr müavini Həmid Mehdiyevisə qeyd etdi ki, “Avroviziya” musiqi yarışından sonra ölkəmizin nə qədər tanındığının şahidi olduq: “Ümid edirəm ki, I Avropa Oyunları bundan da böyük effekt verəcək. Necə dünya olimpiadası Yunanıstanla başlanır, Avropa Oyunları isə tarixdə Azərbaycanın adı ilə bağlanacaq. Bu, tarixi bir addımdır və dünyada Azərbaycanın təbliği üçün mühüm rol oynayır”.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirdə Şura üzvləri müəllim və şagirdlərin suallarını cavablandırıblar.
Kaspi.az
banner

Oxşar Xəbərlər