• çərşənbə axşamı, 19 mart, 10:36
  • Baku Bakı 8°C

İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?

22.08.19 17:00 8086
İctimai qaydanın qorunması həm də vətəndaşdan asılıdırsa... nə etməli?
Valideyni tərəfindən azyaşlının ayağından zəncirlənməsi barədə fakt ictimailəşməmişdən bir gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə daxil olub. Sosial şəbəkə vasitəsilə faktı ötürən şəxs anonimliyini xahiş edərək rastlaşdığı hüquqazidd əməl barədə polisi məlumatlandırmaqla vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad HacıyevAZƏRTAC-a bildirib ki, faktın təsdiqini tapması, kütləvi informasiya vasitələrinin məsələyə həssas münasibəti ətrafımızda rastlaşdığımız hüquqazidd əməllər barədə polisin məlumatlandırılmasının cəmiyyətimizdə sosial-neqativ hallara qarşı mübarizənin yaxşılaşmasına xidmət etdiyini göstərir.
Sosial şəbəkələrdə və digər ictimai yerlərdə "Polis bilir”, "Polis məlumatlıdır”, "Polisin işidir, mənə nə...?”, "Polis görmür?”, - deyə səsləndirilən fikirlərlə müzakirə olunan hüquqazidd əməllər əhəmiyyətinə və mənəvi yükünə görə ictimai məsuliyyətsizlikdir, yaxud səhlənkarlıqdır.
Paytaxtımızda ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı qorunması və təminatı hər birimizin üzərinə düşür.
banner

Oxşar Xəbərlər