• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət

14.01.18 15:41 547
İctimai nəqliyyat sərnişinləri üçün yeni onlayn xidmət
Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcək.
Bu barədə Trend-ə layihənin rəhbəri Şamxal Bayramov deyib.
Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyasıPlay Market-də yerləşdirilib.
"Tədbiq Rusiyanın "Yandeks.Metro” proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda qedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək”,-deyə layihə rəhbəri bildirib.
Şamxal Bayramov həmçinin bildirib ki, hal-hazırdaBakuBustədbiqinin təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
banner

Oxşar Xəbərlər