• cümə, 29 Mart, 10:25
  • Baku Bakı 5°C

İctimai iaşə obyektləri koronavirus xəstəliyinin yayılmasında böyük rol oynayır

29.03.20 14:30 1181
İctimai iaşə obyektləri koronavirus xəstəliyinin yayılmasında böyük rol oynayır
"Ölkəmizin bir nömrəli xəstəxanasını koronavirus xəstələrinin sərəncamına vermək – bundan böyük addım ola bilməz. Ona görə əvvəlki dövrlərdə qəbul edilmiş bütün qərarlar vəziyyətə uyğun verilirdi, o cümlədən ictimai iaşə obyektlərinin iş qrafikinin məhdudlaşdırılması da. Çünki biz başa düşürük ki, insanlar artıq buna öyrəşib, bəzi insanlar artıq öz evlərində yemək bişirmirlər, gedirlər ictimai iaşə obyektlərində qidalanırlar. Biz başa düşürdük ki, bəri başdan bu obyektləri bağlamaq olmaz. Biz tədricən bunu etdik, iş rejimini məhdudlaşdırdıq".
Bu barədə Prezident İlham Əliyevmartın 28-də Bakıda "Yeni klinika”nın açılışından sonratibb müəssisəsininkollektivi ilə görüşdə bildirib.
Dövlət başçısı deyib ki,ictimai iaşə obyektləri koronavirus xəstəliyinin yayılmasında böyük rol oynayır: "Ona görə sabahdan etibarən bu obyektlər öz fəaliyyətini dayandırır. Biz bu elanı dünən axşam verdik ki, o obyektlərin sahibləri üçün müəyyən vaxt olsun, öz işlərini sahmana salsınlar, öz obyektlərinin fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görsünlər. O cümlədən ticarət obyektlərinin sahiblərinə də bir gün yarım vaxt verildi ki, öz işlərini sahmana salsınlar. Ona görə biz hər bir qərarı qəbul edərkən həm xəstələri, həm sahibkarları, həm də işləyən insanları düşünürük ki, bu vəziyyətdən az itkilərlə çıxaq".
Alpər TURAN
banner

Oxşar Xəbərlər