AZE | RUS | ENG |

İctimai açıqlığın təmin edilməsi istiqamətində daha bir addım

İctimai açıqlığın təmin edilməsi istiqamətində daha bir addım
"İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən proqram və cəlb edilən əməkdaşlarla bağlı bütün məlumatlara çıxış imkanları genişləndirilib.
Trend-in məlumatına görə, artıq hər kəs sayta daxil olaraq proqram çərçivəsində ictimai işlərlə təmin olunan şəxslərin adlı siyahısı ilə tanış ola bilər. Bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.
Məlumat üçün bildirək ki, "İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287