• cümə axşamı, 18 aprel, 13:16
  • Baku Bakı 22°C

İcraçı direktor: "Azərbaycan İKT inkişaf perspektivinə görə dünyada ilk onluqdadır"

15.12.17 14:20 2427
İcraçı direktor: "Azərbaycan İKT inkişaf perspektivinə görə dünyada ilk onluqdadır"
"Azərbaycan Dünya Bankının hesabatına görə İKT inkişaf perspektivi əlamətinə görə dünyada ilk onluqdadır".
"APA-Economics" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, ölkədə İKT-nin inkişafı, iqtisadiyyatın səmərəliliyinin artırılması, sosial rifahın yaxşılaşmasına öz töhfəsini verəcək.
"Strateji yol xəritələri çərçivəsində İKT-nin inkişafı ilə bağlı 2020-ci ilə qədər ÜDM-in 235 mln. manat artması və 1450 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bu göstəricilərə nail olmaq üçün bütün müvafiq icra hakimiyyəti orqanları, o cümlədən Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar NazirliyiStrateji Yol Xəritələri çərçivəsində nəzərdə tutulmuş islahatların həyata keçirilməsini təmin edir. Xüsusi olaraq strateji yol xəritələri çərçivəsində idarəetmənin təşkil edilməsi, bazarın liberallaşdırılması kimi istiqamətlər öz əksini tapıb. Bu tədbirlərin həyata keçirilməsi çərçivəsində ölkəyə, böyük miqdarda investisiyanın cəlb edilməsi ölkədə təhsilin, bank sektorunun sosial həyatın müxtəlif sahələrinin, idarəetmənin özünün elektronlaşması imkanları tətbiq ediləcək. Azərbaycanın yaratdığı rəqəmsal ticarət qovşağı hal-hazırda elektron imzaların qarşılıqlı tanınmasını həyata keçirir və faktiki olaraqAvropa İttifaqının, İpək Yolu dövlətlərinin, GÜAM-a daxil olan dövlətlər çərçivəsində ciddi nailiyyətlər əldə edib. Bu onu göstərir ki, Azərbaycan təkcə öz sərhədləri daxilində deyil bütövlükdə Avrasiya regionunda rəqəmsallaşma sahəsində lider ölkədir", - deyə icraçı direktor vurğulayıb.
banner

Oxşar Xəbərlər