• cümə axşamı, 28 mart, 12:44
  • Baku Bakı 16°C

İcra hakimiyyətlərindən istiliklə bağlı müraciət: “Soyuqdur“

28.10.14 14:40 974
İcra hakimiyyətlərindən istiliklə bağlı müraciət: “Soyuqdur“
“Noyabrın 1-dən dağlıq rayonlarda istilik mövsümü başlayacaq”. Bunu Lent.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. O qeyd edib ki, paytaxtda isə istilik mövsümünə noyabrın 15-dən start veriləcək.
“İstiliyin verilməsi ilə bağlı bəzi dağlıq rayonların icra hakimiyyətlərindən “Azəristiliktəchizat” ASC-yə müraciət olunub”-deyə, R. Əliyev əlavə edib.
ASC rəsmisi onu da bildirib ki, Azərbaycandakı orta məktəblərin isidilməsində də heç bir problem olmayacaq: “Paytaxtda və rayonlarda yerləşən orta məktəblərin isidilməsinə noyabrın 15-dən, dağlıq rayonların məktəblərində isə gələn ayın 1-dən start veriləcək”.
banner

Oxşar Xəbərlər