• cümə, 19 Aprel, 00:09
  • Baku Bakı 18°C

İcra Hakimiyyətinin başçısı gənclərlə görüş keçirib - Fotolar

06.12.19 18:41 656
İcra Hakimiyyətinin başçısı gənclərlə görüş keçirib - Fotolar
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gənclərlə görüş keçirib. Görüşdə rayon rəhbəri son zamanlar respublikada həyata keçirilən gənclər siyasətindən danışıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi qayğısından və böyük inamından bəhs edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, xalqımıza xas olan əxlaqi keyfiyyətlərə malik gənclərimiz ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda göstərdikləri fədakarlıqlar hər kəsi sevindirir. Diqqətə çatdırılıb ki, Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə gənclərimizin ön sırada dayanması, onların malik olduğu vətənsevərlik hisslərinin parlaq nümunəsidir.
Görüşdə rayon rəhbərliyinin hər zaman gənclərə kömək və dəstək göstərəcəyi xüsusi vurğulanıb.

Daha sonra çıxış edən gənclər onlara göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Sonda gənclər rayonun gələcək inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.



banner

Oxşar Xəbərlər