• cümə, 19 Aprel, 17:06
  • Baku Bakı 25°C

İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək

01.02.17 17:15 950
İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsushavagəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən "Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.
Bu cür yoxlamalar həminhavagəmilərinin uçuş vaxtına riayət etməklə aparılmalıdır. Belə yoxlamaları həyata keçirən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların səlahiyyətini təsdiqləyən vəsiqə ilə təmin olunmalıdırlar.
Qəza halları istisna olmaqla,havagəmisinin bortunda olan şəxslərin həyat və sağlamlığı üçün tibbi səbəblərdən təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycanınhavaməkanına daxil olan istənilənhavagəmisinin təcili enməsinə həminhavagəmisinin gömrük nəzarətindən və bu qanunda nəzərdə tutulmuş digər nəzarətdən keçməsini təmin etmək üçün yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyihavalimanında yol veriləcək.
Dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) təklifləri əsasında hazırlanıb.
banner

Oxşar Xəbərlər