Gəncənin icra başçısı Niyazi Bayramov partiya fəalları ilə görüşüb - Fotolar
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi
Bayramov YAP Gəncə şəhər təşkilatının məsul işçiləri və partiya fəalları
ilə görüşüb.
YAP Gəncə şəhər təşkilatının Qərargahında keçirilən
görüşdə çıxış edən şəhər başçısı bildirib ki,Ulu öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin
siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizdə ən
güclü, ən monolit siyasi təşkilatdır. Niyazi Bayramov qeyd edib ki, ictimai
nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər
partiya mövcud deyil.
Təşkilatın sədri,Milli
Məclisin deputatıNaqif HəmzəyevYAP
Gəncə şəhər təşkilatının fəaliyyəti dövründə topladığı mütərəqqi iş təcrübəsindən
danışıb. Üzvlərinin sayını 41 minə çatdığını bildirən Naqif Həmzəyev təşkilatın
ötən müddət ərzində siyasi və ideoloji cəhətdən daha da mətinləşərək, yeni iş təcrübəsi
ilə zənginləşdiyini qeyd edib.
AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev,
YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri,Milli Məclisin deputatı Pərvin Kərimzadə, partiya fəallarından
Hüseyn Budaqov, Teymur Əliyev və başqaları çıxış edərək,Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan,
sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən bəhs ediblər.