• cümə, 19 Aprel, 18:12
  • Baku Bakı 24°C

İcra başçısı ad gününü jurnalistlərlə keçirdi

05.11.13 14:00 2140
İcra başçısı ad gününü jurnalistlərlə keçirdi
Bu gün Binəqədi rayon İcra Hakimiyyətində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın davam etdirilməsi” mövzusunda konfrans keçirib.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nun icracı direktoru Vüqar Səfərli, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər media rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xaləddin İsgəndərov qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlər mühüm əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən Vüqar Səfərli bildirib ki, belə görüşlər artıq ənənəvi olaraq keçirilir. Onun sözlərinə görə, belə göşlərin keçirilməsində əsas məqsəd rayonlarda olan media ilə bağlı məsələləri müzakirə etmək və media ilə əlaqələri daha da genişləndirməkdir.
Tədbirin davamında medianın inkişafından danışan Əflatun Amaşov bildirib ki, Binəqədi rayonunda görülən işləri Azadlıq prospektinə getməklə müəyyən etmək olur: "Tədbir təqdirəlayiq tədbirdir. Bu cür tədbirlər KİV-lərin rayonlarda görülən quruculuq işləri haqqında məlumatlanmasında mühüm rola malikdir. Əksər KİV-lərdə rayonların quruculuq işləri ilə bağlı materiallar dərc olunur. Bu məsələdə KİVDF-nin ayrı-ayrı rayonlarda keçirdiyi tədbirlərin rolu xüsusidir".
Tədbirin davamında Binəqədi rayonunda 1 il 5 ay ərzində görülən işlər haqqında məlumat verən X. İsgəndərov söyləyib ki, bu müddət ərzində rayonda mühüm işlər həyata keçirilib. Onun sözlərinə görə, bu müddət ərzində əsas məsələ vətəndaşlarla səmimi münasibətlərin təşkilidir ki, bu istiqamətdə işlər uğurla aparılır.
Qeyd edək ki, tədbir müzakirələr əsasında davam edib. Binəqədi rayon icra başçısı ona ünvanlanan sualları cavablandırıb.
Tədbirin sonunda Vüqar Səfərli elan edib ki, bu gün İH başçısının ad günüdür. Media orqanlarının rəhbərləri bu münasibətlə Xaləddin İsgəndərovu təbrik ediblər.

banner

Oxşar Xəbərlər