• şənbə, 11 May, 06:56
  • Baku Bakı 12°C

İcra başçısı 1646 SMX və “Binəqədi” qəzetinin əməkdaşlarını qəbul edib

09.02.15 12:47 1363
İcra başçısı 1646 SMX və “Binəqədi” qəzetinin əməkdaşlarını qəbul edib
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Rayon İcra Hakimiyyətinin 1646-Sakinlərin Müraciəti Xidmətinin (SMX) yaradılmasının və “Binəqədi” qəzetinin iki ilinin tamam olması münasibətilə xidmətin əməkdaşlarını və qəzetin yaradıcı kollektivini qəbul edib. Görüş zamanı hər iki qurumun əməkdaşlarını təbrik edən X.İsgəndərov sakinlərin üzləşdikləri problemlərin operativ həllində 1646 - SMX-nin əhəmiyyətindən danışıb və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində səmərəli işləməyin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə, eləcə də Binəqədi rayonunda görülən işlərin məhz vətəndaşlarımızın rifahına xidmət etdiyini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı həmçinin, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında “Binəqədi” qəzetinin xüsusi rol oynadığını vurğulayıb.
Sakinlərin Müraciəti Xidmətinin rəisi Anar Səfərov və “Binəqədi” qəzetinin baş redaktoru Rüfət Mərdanov öz fəaliyyətləri barədə məlumat verərək, onlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli iş şəraitinə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar gələcək fəaliyyətlərində də rayon rəhbərliyinin tapşırıq və tövsiyələrinə əməl edəcəklərini, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər