• cümə axşamı, 28 mart, 17:37
  • Baku Bakı 16°C

İçərişəhərdə türkiyəli heykəltəraşın əsərləri sərgilənəcək

01.11.17 09:50 1100
İçərişəhərdə türkiyəli heykəltəraşın əsərləri sərgilənəcək
Noyabrın 2-də İçərişəhərdəki "Art Tower” qalereyasında türkiyəli tanınmış heykəltəraş Sevincinin "Şəkərsiz” adlı sərgisi açılacaq. Şirniyyat nümunələrinə həsr olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə keçiriləcək.
Bu barədəAZƏRTAC-a məlumat verən "Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib: "Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş etdiriləcək. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır. Hamının qatıla biləcəyi sərgi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq”.
banner

Oxşar Xəbərlər