AZE | RUS | ENG |

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq

İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq
İyunun 7-də "Art Tover” rəsm qalereyasında gənc rəssam Aytən Abdullayevanın "Stokholm- sütunlar üzərində ada” adlı rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi İsveçin ölkəmizdəki səfirliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
İsveçin Bakıdakı səfirliyinin dəstəyi ilə rəssam bu gözəl şəhəri – Stokholumu ziyarət etməklə öz təəssürat və hisslər qammasını rəsmlərində əks etdirmək şansı əldə edib. Stokholma səfər etmək və bu şəhərin bütün harmoniyasını kağıza köçürmək rəssam üçün çətin, lakin olduqca maraqlı olub. Sərgidə rəssamın 30-dən çox sənət əsəri yer alacaq. İyunun 12-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892