AZE | RUS | ENG |

“İçərişəhər” rəsmisi: Yeni konstruksiyalar divardan 1-3 metr aralıdır

“İçərişəhər” rəsmisi: Yeni konstruksiyalar divardan 1-3 metr aralıdır
Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan şəkillər 2011-ci ilə aiddir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qala divarlarının həmin bürc hissəsində 2011-ci ildə restavrasiya aparılıb:
"Sovet dövründə - 1954-cü ildə orada aşağı səviyyəli restavrasiya aparılıb. Erməni əsilli memar tərəfindən bürc ləğv olunub, əvəzində düz divar tikilib. Biz arxivdən tarixi bürc görüntüsünü əldə etdikdən sonra İçərişəhərdə bürc bərpa edildi. 2011-2012-ci ildə bu bürc bərpa olundu. İndi sosial şəbəkələrdə yayılan şəkillər həmin restavrasiyaya aiddir”.
DTMQİ-nin aparat rəhbəri vurğulayıb ki, İçərişəhərlə bağlı aparılan mənfi kampaniya qərəzli məqsəd daşıyır:

"Hazırda İçərişəhərdə idarə tərəfindən gözəl işlər görülür. Müsbət nəticələr əldə olunur. Kimlərinsə marağındadır ki, bu nəticələri, işləri onu pis qələmə versin. Bu cür təxribatlar keçməyəcək. İçərişəhəri ziyarət edən və burda yaşayan insanlar həmin sahədən keçərkən yayılan məlumatların yalan olduğunu görə bilər”.
R.Qasımov bildirib ki, bu şəkilləri yayan insanlar 8 ildir ki İçərişəhərdə olmayıblar:
"Bu qara kampaniyanın təşəbbüskarı olan şəxslər öz məqsədləri üçün bu şəkilləri paylaşırlar. Son səkkiz ildə bir dəfə gələn insan həmin bürcü şəxsən görə bilərdi. O bürc açıqdır. Heç vaxt bağlı olmayıb. Uzun illərdir İçərişəhərdə çalışan bir insan kimi məni narahat edir ki, xarici turistlər buranı bəzi yerli sakinlərdən daha yaxşı tanıyır”.
Aparat rəhbərinin sözlərinə görə, yeni konstruksiyalar divardan 1-3 metr aralıdır.
"Hazırda yeni konstruksiyalar divardan aralıdır. Bu, həm də çirkab suların axması probleminə çarədir. Burda nəmişlik olmur. Köhnə restoranlar ağacdan olsa da, işıq buraxmırdı. Yeni obyektlər şüşədən olacaq. Həm tarixi görüntü görünəcək, həm də qala divarlarına işıq düşəcək. Həmin restoranlar İçərişəhərə gələn qonaqların, sakinlərin sevilən məkanlarına çevriləcək”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933