• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Çiçəklər umutlara açır, Seyit Ahmet abi…

15.05.15 09:11 1564
Çiçəklər umutlara açır, Seyit Ahmet abi…
Çiçəklər umutlara açır, Seyit Ahmet abi. Umutlar da sevdaya, imana, mərhəmətə körüklənmiş ürəklərdə çiçəkləyir, işıq üzlü təzə sabahlarda açır, tam bitdiyi yerdən yeşərir. Hər yaradılışın bir nədəni, hər quşun ötmə, hər çiçəyin qönçələnmə səbəbi vardır. Kökümüzə körükləndiyimiz sevdamız kimidirlər, heç bir zorluqla qopmazlar. Bir də umutlar sevdalanmış, imanlı və bərrak insanların könüllərində çiçəklənər, Seyit Ahmet abi.
Tarix səhifəsinin ən başında gələn insanlardır içində çiçək bəsləyənlər, işıq, sevgi daşıyanlar. Dirəksiz, sütunsuz Göy qübbəsini çiyinlərində daşıyanlar. Hamısı da nur kimi, sənin şəklində, sənə bənzəyirlər, bilirsənmi?! Onlar insanlığın təməlindən qopmaması, ölməməsi, var oluşu, bağların qırılmaması, körpülərin yanmaması üçün gəlmişlər dünyaya. Ümidin, barışın, imanın və inamın, dostluğun toxumlarını əkib yeşərtmək üçün, məhz sənin şəklində. “Mənim kiymetli, degerli bacılarım” deyərək, bizlərə gəlişin kimi, qardaş sevgin, abi böyüklüyün kimi. Yaratdığın heç dağılmaz və uçulmaz sevgi körpüsü kimi. Əlini ürəyinin üstünə qoyaraq bizimlə danışdığın kimi. Üstün davranışınla, aydın düşüncənlə insan evladının dəyərini artırdın, ucaltdın. Yadımdadır, çıxışlarınızın birində insanın ucalığından söz açmış, bütün tamah və nəfslərin, gözəlliklərin belə fövqündə dayandığını demişdin: “Uca Yaradan insanı digər canlılardan üstün yaradaraq, ona sevgisini, mərhəmətini ifadə etmək üçün danışmaq, mahiyyətini anlamaq təfəkkürü verib. Oluşumuz yalnız bir-birimizlə sevgiylə, sayğıyla, imanla, hörmətlə mümkündür”.
Nə yazıq ki, insan oğlunun nəfsi, ruhu köləliyə, maddiyyata meyillidir. O səbəbdəndir ki, cəhalət sarmış bəşəri, gecələr doğur gecələrimizdən, sabahlar işıqsız açılır, işartılar görünməz olub. İnsanlığın getdiyi yol işıqsız və sevdasızdır, atəşsizdir. Yer üzü eşq deyil, şər atəşində, cəhənnəm atəşində yanır, ürəklərdə çiçək bəslənmir, dünya ovuc içi qədər sevgiyə, sayğıya həsrətdir, Seyit Ahmet abi. İnsanların bir-birini anlamasının zor olduğu, mənim olduğum yerdə başqası olmamalıdır dediyi, tamahı uğruna insan oğlunun nələr etmədiyi bir dünyada yaşayırıq. Pula-paraya aşiq olunca insanlıq qeybə çəkildi, iman, inam silinib getdi. İnsan oğlu ən böyük zövqü öz cinsindən olanı alçaltmaqdan zövq aldı. Şəfqətin, mərhəmətin yerinə nifrətin, kinin hökmü-fərma olduğu bir dünyanın insanlarıyıq. Bu üzdən sənin kimi insanların yükü ağırdır. Dağılmış dünyanı, mərhəməti itmiş Yer üzünün itirdiklərini yerinə qoymaq üçün gələn insanların. Mübarək görəvini bir neçə ildir Azərbaycanda icra edir, hər evdə, hər obamızda, hər elimizdə, hər insanımızın könlündə bir Seyit Ahmet adlı bir İNSAN yeşərtmisən.
Sən mənə ölümsüz rəssamın şah əsərini xatırladırsan: Orta məktəbi bir oxuyan iki rəfiqə söz verirlər ki, ali məktəbi də bir yerdə oxuyacaqlar. Arzuları gerçəkləşir və onlar eyni universitetdə tələbə olurlar. Birlikdə ev tutub orada kirayə qalır, bir-birinə dəstək olaraq oxuyurlar. Yaşadıqları mənzilin üst qatında məşhur bir rəssam da yaşayırmış. Bir gün qızlardan biri ağır xəstələnir və hər gün bir az ağırlaşır. Rəfiqəsi də başından ayrılmır, gecə-gündüz keşiyini çəkir, dostu üçün dualar edir. Payızın son ayı idi. Xəstə qızın yatdığı otağın pəncərəsinin qarşısında hər gün yarpaqları tökülən bir ağac vardı. Rəfiqəsi ağacın yarpaqlarının düşdüyünü görüncə dostunun da hər keçən gün ölümə bir addım yaxınlaşdığını hiss edir. Rəssam olanlardan xəbərdar idi. O gecə əsən güclü rüzgar sanki son yarpağa həmlə edəcək kimi heç dinmir, vıyıltıyla əsirdi. Xəstə rəfiqəsinin əlini boşlamayan qız tez-tez pərdəni çəkir və həyəcanla ağacdaki axırıncı yarpağa baxır. Gecənin bir yarısı yatmış xəstə dostunun nəbzini yoxlayır və yenidən pərdəni çəkib ağaca baxır. Nə görsə yaxşıdır?! Ağaca bir nərdivan qoyulub, yanında da bir fənər var. Və yerdə, otların üstündə sərilmiş bir kölgə. Təlaşla aşağı enir, ağaca doğru qaçır və gördüklərindən dəhşətə gəlir. Ağacdaki son yarpağın düşməsiylə öləcəyini gözləyən xəstə qızın ümidini yeşərtmək üçün rəssam gecə gözündə nərdivan aparıb ağaca söykəyir. Budaqdan asılan son yarpağın düşməməsi üçün yarpağı budağa bağlayıb enərkən yıxılır, başı sərt qayaya çırpılaraq ölür. Bir həyatı qurtarmaq uğruna öz həyatını verən rəssam bununla şah əsərini yaradaraq ölümsüzlük qazanır.
Yer üzünə heç yorulmadan, incimədən mərmət daşıyan Seyit Ahmet Arslan bəy, Azərbaycan qızlarının sevgili abisi, umudlarımızın çiçəkləndiyi yer, doğum gününüz mübarək olsun. Burada olduğunuz müddətdə bizə bir qardaş bəxş etdiniz. Unutmayın, hər zaman evimizin ən matah yerində, süfrəmizin baş ucunda, başımızın və gözümüzün üstədir yeriniz. Ailənizlə, evladlarınızla bahəm bu şərəfli vəzifəni sonsuza qədər daşımaq olsun nəsibiniz! AMİN!
Sizə böyük hörmətlə,
ablanız Rəsmiyyə Qarayeva
banner

Oxşar Xəbərlər