AZE | RUS | ENG |

İbraya “yox” deyən yeganə adam odur?

İbraya “yox” deyən yeganə adam odur?
 Qalmaqallı fransız hakim Toni Şapron mətbuata açıqlama verib. 
 
Kaspi.az xəbər verir ki, Şarpon "Nant”ın futbolçusuna zərbə vurub onu meydandan qovduğu üçün hakimlikdən uzaqlaşdırılıb. O, Zlatan İbrahimoviçlə aralarında olan söhbəti belə nəql edib: 
 
"Loryan”la oyundan sonra (İbra həmin qarşılaşmada het-trik edib) Zlatan mənə yaxınlaşaraq əli ilə işarə edib dedi: "Topu ver”. Mən 4 qız atasıyam. Nə vaxt ki onlar mənə nəsə deyib sözlərini "sağ ol” kəlməsi ilə bitirmirlərsə, onlara fikir vermirəm. Bu, tərbiyə metodudur. 
 
Hesab edirəm ki, İbrahimoviç həmin vaxt mənə qarşı hörmətsizlik etdi. Əgər biz "zəhmət olmasa”, "sağ olun” kəlmələrini işlətmiriksə, deməli, cəmiyyətimizdə hansısa problemlər var. 
 
İbrahimoviçə heç kim heç vaxt "yox” demir. Ancaq mən dedim. Bəlkə də, Zlatana "yox” deyən yeganə adamam.  O, nəinki hakimləri, hamını qıcıqlandırır, hətta komanda yoldaşlarını da ittiham edirdi. Ancaq bu oğlanın əla futbolçu olduğunu da etiraf etməmək olmaz”. 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176