• çərşənbə axşamı, 16 aprel, 16:14
  • Baku Bakı 19°C

İbranın DÇ-yə getmək şansı var?

16.04.18 14:10 836
İbranın DÇ-yə getmək şansı var?
Zlatan İbrahimoviç İsveç yığmasının heyətinə qayıda bilər.
Kaspi.az xəbər verir ki, "Los Anceles Qelaksi”nin hücumçusu bu barədə özü məlumat verib. O, "tvitter”də yazdığı statusda DÇ-də iştirak edə biləcəyinə işarə vurub:
"Dünya çempionatında oynamaq şansım çox yüksəkdir” (The chance of me playing in the World Cup is skyhöga #FifaWorldCup2018).
Skyhöga - isveç sözüdür və tərcüməsi çox yüksək deməkdi. Zlatan bukmeker kontorlarından birində pay sahibi olduğu üçün FİFA onun DÇ-də iştirakını əngəlləyə bilər. Ancaq İbra bir müddət əvvəl verdiyi açıqlamada FİFA-nın onun bu istəyinə mane ola bilməyəcəyini demişdi.
banner

Oxşar Xəbərlər