• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

İbrahimoviç qoltuq ağaclarını atdı

01.06.17 12:45 1323
İbrahimoviç qoltuq ağaclarını atdı
"Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç deyəsən proqnozlaşdırılandan da tez meydana qayıdacaq.
Kaspi.az xəbər verir ki, İbra qoltuq ağaclarını atıb. O, məşqlərə başlayıb. Futbolçu hətta toplu məşqlər də edir. Zlatan məşq edərkən çəkilmiş şəklini "instaqram” səhifəsində yerləşdirib.
İbra Avropa Liqasının 1/4 finalında "Anderlext”lə keçirilən oyunda diz bağlarını zədələnmişdi. O, ABŞ-da əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, onun bərpası 7-8 ay çəkə bilər.
banner

Oxşar Xəbərlər