İbrahimoviç Qattuzonu zibil qutusuna atıb
"Milan”ın sabiq
müdafiəçisi Urbi Emaunelson Zlatan İbrahimoviç barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Emaunelson İbranın qeyri-adi xarakterə sahib insan olduğunu bildirib.
O, Zlatanın Cennaro Qattuzonun başına açdığı oyun barədə də danışıb:
"İbrahimoviç
olduqca təkəbbürlü idi. Ancaq bu, onun xarakterinin bir hissəsidir. Karyeram ərzində
komanda yoldaşlarım arasında Zlatan kimi şəxsiyyət heç vaxt olmayıb.
Yadımdadır, bir
dəfə o, Qattuzonu qucağına götürdü. Cennaronun güclü olmasına baxmayaraq,
Zlatan onu zibil qutusuna atdı”.