• cümə, 19 Aprel, 02:34
  • Baku Bakı 18°C

İbrahimbəyov məyus oldu

27.08.13 14:56 1204
İbrahimbəyov məyus oldu
Milli Şurasının sədri Rüstəm İbrahimbəyov "El" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimovun istefasına münasibət bildirib. Kinorejissor R.İbrahimbəyov Publika.Az-a açıqlamasında deyib: “Çox təəssüf ki, son günlər onunla bağlı mənə gəlib çatan xəbərlər xoşagələn deyil. Mən Əflan İbrahimova bir yerli kimi çox inanırdım, ancaq onun bu cür hərəkətləri məni çox məyus etdi”.
Xatırladaq ki, ötən həftə istefa verən "El" Hərəkatının üzvü Əflan İbrahimovun bəyanatı ilə bağlı Respublika Prokurorluğunda araşdırmalara başlanılıb.
Faktla bağlı Respublika Prokurorluğunda ifadə verən Əflan İbrahimov açıqlamalarında bir daha təsdiqləyərək Milli Şuranın bəzi üzvlərinin ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində müvafiq araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər